İranın mərhum ali lideri Əli Xamenei hücumlar zamanı yeraltı sığınacaqlarda gizlənməyib və hətta iki mərtəbə aşağı belə enməyib.
Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Diplomatın sözlərinə görə, Xameneinin həyatı ilə bağlı mediada çoxsaylı şayiələr yayılır, lakin onların əksəriyyəti reallığı əks etdirmir.
Cəlali qeyd edib ki, Xamenei xalqına yaxın olan və çox sadə həyat tərzi keçirən bir insan idi.
“Kimsə onun necə yaşadığını görsəydi, təəccüblənərdi. Bu, dünyanın bir çox liderlərinin həyat tərzinə qətiyyən bənzəmir. Ona yeraltı sığınacaqlara və tunellərə getməyi təklif edirdilər, amma o razılaşmırdı. Bu gün hamı görür ki, o, iş otağında həlak olub və iki mərtəbə aşağı belə enməyib”, — deyə səfir bildirib.
Diplomat əlavə edib ki, müxtəlif vaxtlarda Xameneinin guya 40 metr dərinlikdə gizləndiyi, Venesuelaya getdiyi və ya aktivlərini Rusiyaya köçürərək qaçmağa hazırlaşdığı barədə xəbərlər yayılmışdı.
Onun sözlərinə görə, bütün bu məlumatlar əsassız şayiələr olub.

