Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib ki, ölkəsi zərurət yaranacağı halda İrana humanitar yardım göstərməyə hazırdır.
“İranın bizə humanitar yardım məsələsi ilə müraciət etməsinə ehtiyac yoxdur. Əgər biz humanitar dəstəyə ehtiyac olduğunu görsək, xüsusilə vurğulayıram – humanitar, biz bunu həyata keçirəcəyik”, – deyə Paşinyan qeyd edib.

