İtaliyanın Baş naziri Corcia Meloni hökumətinin təklif etdiyi islahat üzrə referendumda məğlubiyyəti qəbul edib və fəaliyyətini müddətin sonuna qədər davam etdirəcəyini bildirib.
“Suverenlik xalqa məxsusdur və bu gün xalq öz sözünü açıq şəkildə dedi. Hökumət vədini yerinə yetirdi — seçki kampaniyasında irəli sürülən islahatı təqdim etdi və qərarı vətəndaşlara buraxdı. Biz bu seçimi hörmətlə qarşılayırıq, baxmayaraq ki, İtaliyanı modernləşdirmək imkanının itirilməsi müəyyən məyusluq yaradır. Biz ölkənin rifahı naminə işimizi məsuliyyətlə davam etdirəcəyik,” — deyə o, X platformasında bildirib.
İlkin nəticələrə əsasən, seçicilərin 54,47 faizi islahata qarşı səs verib.
Səsverməyə çıxarılan məsələ məhkəmə-istintaq sistemində struktur dəyişiklikləri ilə bağlı olub. Qeyd edilib ki, bu sistem konstitusiyaya əsasən müstəqil hakimiyyət qolu hesab olunur.

