ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, İran başqa çıxış yolu olmadığını anlayarsa, razılaşma mümkündür.
O, Nazirlər Kabinetinin iclasında qeyd edib:
“Əgər İranı inandıra bilsək ki, alternativ yalnız yeni ölüm və dağıntılardır, o zaman razılaşma üçün real şans var.”
Uitkoffun sözlərinə görə, belə bir razılaşma yalnız İran üçün deyil, bütün region və dünya üçün müsbət nəticələr verə bilər.
Digər tərəfdən, ABŞ müdafiə naziri Pit Heqset daha sərt mövqe nümayiş etdirib. O bildirib ki, ABŞ ordusu faktiki olaraq öz “danışıq prosesini” aparır — bombalar vasitəsilə.

