Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib ki, İranda yerləşən Buşer AES ətrafında hücumların davam etməsi böyük nüvə qəzasına səbəb ola bilər.
Bu barədə qurumun rəsmi açıqlamasında qeyd olunub.
“Bu aktiv AES-dir və böyük həcmdə nüvə materialı saxlanılır. Zədələnmə geniş ərazini təsir altına sala bilər.”
Məlumata görə, son zərbələrdən biri çərşənbə axşamı axşamı baş verib və bu, vəziyyətlə bağlı narahatlığı daha da artırıb.
Qrossi vurğulayıb ki, belə bir ssenari baş verərsə, nəticələr:
- yalnız İranla məhdudlaşmayacaq
- region və ondan kənar ərazilərə də təsir göstərə bilər

