Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, ABŞ və İsrailin zərbələri fonunda İranın nüvə potensialı artıq azalıb.
O, bu barədə LCI telekanalının efirində danışıb. Qrossinin sözlərinə görə, buna baxmayaraq İranın nüvə potensialı hələ tam tükənməyib.
Agentlik rəhbəri vurğulayıb ki, İran İslam Respublikası hələ də zənginləşdirilmiş uran ehtiyatlarını saxlayır.

