İspaniyada ilk dəfə olaraq depressiyadan əziyyət çəkən gənc qadına evtanaziya tətbiq edilib. Bu barədə The Guardian-a istinadən məlumat verilib.
25 yaşlı Noeliya Kastilyo Ramos Kataloniyada qrup şəklində zorakılığına məruz qalıb və daha sonra intihara cəhd edib. Cəhdlərdən birindən sonra o, ağır xəsarətlər alaraq aşağı ətraflarının iflici ilə üzləşib.
Məlumata görə, Ramos bu qərarın verilməsi üçün təxminən iki il mübarizə aparıb.
Onun müraciəti İspaniyanın Konstitusiya Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən dəstəklənib.
Hadisə ərəfəsində Barselonada yerləşən xəstəxananın qarşısına onlarla insan toplaşaraq ona dəstək ifadə edib.

