İsrail polisi Qüdsün latın patriarxı kardinal Pyerbatista Pitsaballa və Müqəddəs Torpağın qoruyucusu ata Françesko İelponun Müqəddəs Qəbir kilsəsinə girişini qadağan edib. Onlar Palm bazarı günü keçiriləcək messaya qatılmaq üçün kilsəyə gedirdilər.
Bu barədə Vatican News portalı məlumat yayıb.
Kilsə nümayəndələrinin birgə bəyanatında bu addım əsassız və qeyri-mütənasib qərar kimi qiymətləndirilib.
“Bu, ağlabatanlıq, dini azadlıq və mövcud status-kvonun qorunması prinsiplərindən ciddi kənara çıxmadır.”
Ruhani şəxslər katolik kilsəsinin ali vəzifələrini icra edən şəxslərə girişin qadağan edilməsini kəskin tənqid ediblər.
Bəyanatda qeyd olunur ki, bu hadisə dünya üzrə milyardlarla möminin hisslərini nəzərə almayan təhlükəli presedent yaradır.

