Fransa Prezidenti Emmanuel Makron İsrail polisinin Qüdsün latın patriarxı kardinal Pyerbattista Pitsaballanın Müqəddəs Qəbir kilsəsinə girişinə mane olmasını pisləyib.
Makron X sosial şəbəkəsində yazıb ki, bu qərar Qüdsdə müqəddəs məkanların statusunun pozulması hallarının artmasını daha da narahatedici edir.
“Bu qərarı qınayıram. Bu, müqəddəs yerlərin statusuna qarşı artan pozuntuları daha da dərinləşdirir.”
Fransa lideri patriarxa tam dəstəyini ifadə edib və vurğulayıb ki, Qüdsdə dini azadlıq bütün dinlər üçün təmin olunmalıdır.
Eyni zamanda xatırladılıb ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra İsrail hakimiyyəti kütləvi toplaşmalara, o cümlədən sinaqoqlar, kilsələr və məscidlərdə tədbirlərə məhdudiyyət qoyub.
Polis qərarı Köhnə şəhərin plan quruluşunun mürəkkəbliyi və fövqəladə xidmətlərin operativ hərəkətinin çətinliyi ilə əsaslandırıb.
İtaliyanın Baş naziri Corcia Meloni də bu addımı tənqid edərək dini azadlığa hörmətsizlik kimi qiymətləndirib. İtaliyanın xarici işlər naziri Antonio Tayani isə İsrail səfirinin XİN-ə çağırılacağını bildirib.

