İran hökumətinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində azı 216 azyaşlı həyatını itirib.
Bildirilib ki, zərbələrin qurbanları arasında 246 qadın da var.
İran hökumətinin nümayəndəsi Fateme Məhacərani açıqlamasında qeyd edib:
“Həlak olan qadınların sayı 246-dır. 18 yaşdan aşağı olanlar 216 nəfərdir, 5 yaşdan aşağı isə 17 nəfərdir”

