ABŞ və İsrailin zərbələri nəticəsində İranda ölənlərin 30%-i uşaqlardır.
Bu barədə İran hökumətinin nümayəndəsi Fateme Mohacerani bildirib.
Onun sözlərinə görə, hücumlar nəticəsində həyatını itirənlər arasında uşaqların payı 30 faiz təşkil edir.
Ən ağır hücum isə Mina b şəhərində yerləşən məktəbə edilib. Bildirilir ki, həmin hücum nəticəsində 171 məktəbli qız həlak olub.
“Həlak olanların 30 faizi uşaqlardır”, — deyə Fateme Mohacerani qeyd edib.

