Dubayın mərkəzinə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan mərminin qalıqları yerə düşüb.
Hadisə Əl-Badaa rayonunda baş verib. Məlumata görə, nəticədə 4 nəfər yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, mərmi qalıqlarının düşməsi nəticəsində qeyri-yaşayış binasında yanğın baş verib.
Rəsmi qurumlar mərminin növünü açıqlamayıb, lakin qeyd olunub ki, vəziyyət nəzarət altındadır və digər ərazilər üçün təhlükə yoxdur.

