İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai Misirin Al-Masry al-Youm portalına müsahibəsində bildirib ki, Müctəba Xameneinin səhhəti qaydasındadır və o, bir müddətdən sonra ictimaiyyət qarşısına çıxacaq.
“Bu barədə çox danışılır, amma sizi əmin edirəm ki, o, qaydasındadır. Hərbi şəraitdə onun ictimaiyyət qarşısına çıxmasının bir qədər gecikməsi təəccüblü deyil”
Baqai əlavə edib ki, mövcud vəziyyətə baxmayaraq, dövlətin idarə olunması və müdafiəsi effektiv şəkildə həyata keçirilir.

