ABŞ-ın vitse-prezidenti Cey Di Vens Budapeştdə Matiyaş Korvin kollegiyasında çıxışı zamanı bildirib ki, Avropa İttifaqı liderləri, görünür, Ukrayna münaqişəsinin tezliklə həllində maraqlı deyil. Bu barədə Fox News məlumat yayıb.
“Avropanı, Avropa xalqlarını və mədəniyyətini nə qədər sevsək də, bir çox siyasi liderlərdən məyusuq, çünki onlar bu konkret münaqişənin həllində o qədər də maraqlı görünmürlər”, — deyə Cey Di Vens vurğulayıb.

