ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) dünya liderlərinin davranışını proqnozlaşdırmaq üçün “rəqəmsal əkizlər” hazırlayır.
Bu barədə Politico nəşri məlumat yayıb.
Bildirilib ki, mütəxəssislər dövlət başçılarının davranışını təqlid edən çat-botlar yaradır. Bu süni intellekt modelləri liderlərin qərarvermə tərzini analiz edərək onların mümkün addımlarını öncədən hesablamağa imkan verir.
Məlumata görə, bu sistemlərin hazırlanmasında həm açıq mənbələrdən əldə olunan məlumatlar, həm də xüsusi xidmət orqanlarının topladığı məxfi məlumatlar istifadə olunur.
Texnologiyanın məqsədi ABŞ-a xarici liderlərin qərarlarını daha yaxşı anlamaq və qabaqcadan proqnozlaşdırmaq imkanı verməkdir.

