Britaniya kəşfiyyatı təxminən 100 dövlət tərəfindən həyata keçirilə biləcək kiberhücum riskləri barədə xəbərdarlıq edib. Bu barədə Politico məlumat yayıb. Məlumata görə, risklərin artması kommersiya məqsədli casus proqram təminatının geniş yayılması və rəqəmsal təhlükələrin çoxalması ilə bağlıdır. Bildirilir ki, təxminən 100 ölkə əvvəllər dissidentlərə qarşı istifadə olunan Pegasus və Predator kimi casus proqramları əldə edib. Sənəddə qeyd olunur ki, artıq hədəf dairəsi genişlənib və kiberhücumlar daha çox bankirlər, iri şirkət rəhbərləri və biznes nümayəndələrinə yönəlir. Son bir ildə ciddi kiberhücumların sayının iki dəfə artdığı, insidentlərin böyük hissəsinin isə dövlət strukturları ilə əlaqəli olduğu bildirilir. Həmçinin vurğulanır ki, süni intellekt texnologiyalarının inkişafı əlavə təhlükə yaradır. Yeni İİ modellərinin sistemlərdəki zəiflikləri daha sürətli aşkarlayıb istismar edə bilməsi qlobal kiber riskləri artırır.
Britaniya kəşfiyyatı: 100 ölkədən kiberhücum riski artır
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

