Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemləri Araşdırma Mərkəzinin aparıcı elmi işçisi, politoloq-amerikanist Konstantin Bloxin NEWS.ru-ya açıqlamasında bildirib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbirdə baş verən atışmanın arxasında Demokratlar dayanmış ola bilər.
Onun sözlərinə görə, şübhəli Koul Allanın ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris və Demokratlar Partiyasına simpatiyası bu ehtimalı gücləndirir.
Bloxin qeyd edib ki, bu hadisə Tramp üçün siyasi baxımdan faydalı ola və onun reytinqini artıra bilər.
Ekspert vurğulayıb ki, insidentin arxasında kimin dayandığını yalnız rəsmi istintaq müəyyən edə bilər və hazırda səslənən versiyalar ehtimal xarakteri daşıyır.

