İsveçrənin Federal Cinayət Məhkəməsində sabiq özbək rəsmisi Gulnara Karimova və digər təqsirləndirilən şəxslərlə bağlı məhkəmə prosesi başlayır. Bu barədə Finews məlumat yayıb.
İş üzrə yalnız fiziki şəxslər deyil, həm də bir sıra İsveçrə bankları korporativ cavabdeh kimi çıxış edir.
Təqsirləndirilən şəxslər korrupsiya, cinayətkar təşkilatda iştirak və çirkli pulların yuyulmasında ittiham olunur.
İstintaq materiallarına görə, Kərimova telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxış üçün rüşvət tələb edib. Eyni zamanda, bəzi bank əməkdaşlarının bu vəsaitlərin mənşəyini gizlətməyə kömək etdiyi iddia olunur.
Qeyd olunur ki, Kərimova hazırda həbsdədir və onun məhkəmədə şəxsi iştirakı ehtimalı azdır. Digər əsas fiqurların da prosesdə birbaşa iştirak etməsi sual altındadır, buna görə işin qiyabi baxılması variantı da gündəmdədir.

