ABŞ-ın Londondakı səfirliyi Böyük Britaniyada terror təhlükəsi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
Müvafiq məlumat diplomatik nümayəndəliyin rəsmi saytında yayımlanıb.
Eyni zamanda, Böyük Britaniya hakimiyyəti milli terror təhlükəsi səviyyəsini “ciddi” dərəcəyə qaldırıb.
Səfirlik amerikalıları ictimai yerlərdə daha diqqətli olmağa çağırıb.
Xəbərdarlıqda xüsusilə məktəblər, xəstəxanalar, kilsələr, turistik ərazilər və nəqliyyat qovşaqları kimi yerlərdə ehtiyatlı davranmağın vacibliyi vurğulanıb.
Vətəndaşlara ölkədə mövcud təhlükəsizlik vəziyyətini nəzərə almaq tövsiyə olunub.

