Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen gələcəkdə istifadəçilərin yaş məhdudiyyətlərini keçmək üçün istifadə etdiyi VPN xidmətlərinin fəaliyyətinin məhdudlaşdırıla biləcəyini istisna etməyib. Bu barədə Strana.ua məlumat yayıb.
O, VPN vasitəsilə qadağan olunmuş məzmuna girişin qarşısının necə alınacağı ilə bağlı suala cavab verərkən birbaşa qadağadan danışmayıb.
Eyni zamanda, Virkkunen bildirib ki, hakimiyyət orqanları yetkinlik yaşına çatmayanların uyğun olmayan məzmuna çıxışını çətinləşdirəcək daha dayanıqlı həllər hazırlamağa çalışacaq.
Onun sözlərinə görə, söhbət xüsusilə pornoqrafik saytlar üçün çox etibarlı mexanizmlərin tətbiqindən gedir ki, 18 yaşdan kiçik istifadəçilərin bu resurslara daxil olması mümkün olmasın.

