ABŞ Venesuela ərazisində olan bütün zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarıb.
Bu barədə The Guardian ABŞ Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Söhbət Karakas yaxınlığındakı tədqiqat laboratoriyasında saxlanılan 13,5 kiloqram urandan gedir.
Məlumata görə, çıxarılan material artıq Şimali Amerikaya daşınıb.
Bildirilir ki, yük ABŞ hökumətinə məxsus Cənubi Karolina ştatındakı xüsusi obyektlərdən birinə uğurla çatdırılıb.

