Avropa İttifaqı ATƏT platformasında artıq Ukrayna ilə bağlı danışıqlarda iştirakından danışmır.
Bunu Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, Vyanadakı çıxışlarda Avropa ölkələrinin guya Rusiyaya “strateji məğlubiyyət” yaşada biləcəyi ilə bağlı illüziya hiss olunur.
Bir çoxları indi vəziyyəti elə təqdim etməyə çalışır ki, guya Ukrayna qalib gəlir və cəbhədə vəziyyəti dəyişir, — deyə Polyanski bildirib.
Diplomat qeyd edib ki, əvvəllər Avropa nümayəndələri danışıqlar masasında iştirak etmələrinin vacibliyini və təhlükəsizlik zəmanətlərinin yalnız Aİ ilə birlikdə mümkün olduğunu vurğulayırdılar.
Lakin onun sözlərinə görə, son çıxışlarda bu cür bəyanatlar artıq demək olar ki, səslənmir.

