Fars körfəzi akvatoriyasında Küveyt Hərbi Dəniz Qüvvələri İran gəmisinə hücum edib.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi X sosial şəbəkəsində bildirib.
O, həmçinin Küveyt təhlükəsizlik qüvvələri tərəfindən dörd İran vətəndaşının qanunsuz saxlanıldığını bəyan edib.
Araqçinin açıqlamasında deyilir:
Açıq-aşkar nifaq salmaq cəhdi çərçivəsində Küveyt Fars körfəzində İran gəmisinə qanunsuz hücum edib və dörd vətəndaşımızı saxlayıb. Bu qanunsuz akt ABŞ-ın İrana hücumlar üçün istifadə etdiyi adanın yaxınlığında baş verib. Biz vətəndaşlarımızın dərhal azad edilməsini tələb edirik və cavab vermək hüququmuzu özümüzdə saxlayırıq.

