İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, siyasi böhran hərbi üsullarla həll oluna bilməz.
Hörmüzdə baş verən hadisələr açıq göstərir ki, siyasi böhranın hərbi həlli yoxdur, deyə Araqçi X sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, danışıqlar Pakistanın səyləri ilə irəlilədiyi halda, ABŞ diqqətli olmalıdır ki, onu yenidən bu münaqişəyə sürükləmək istəyən qüvvələrə alət olmasın. Onun sözlərinə görə, BƏƏ də eyni yanaşmanı nümayiş etdirməlidir.
İran XİN rəhbəri həmçinin Fars körfəzində qalan ticarət gəmilərinin Hörmüz boğazından keçirilməsi üçün həyata keçirilən “Azadlıq” əməliyyatını çıxılmaz yol adlandırıb.

