Fransa Prezidenti Emmanuel Makronun rəsmi iqamətgahı olan Yelisey sarayında axtarış aparılıb.
Bu barədə Le Monde qəzeti məlumat yayıb.
Nəşr bir neçə müstəqil mənbəyə istinadən yazır ki, mayın 21-də Parisin maliyyə işləri üzrə iki istintaq hakimi Yelisey sarayında axtarış keçirib.
Məlumata görə, araşdırma Panteonda xatirə mərasimlərinin təşkili ilə bağlı başladılan iş çərçivəsində aparılır.
İstintaq orqanları son illərdə Fransa prezidentinin iştirakı ilə Panteona görkəmli şəxslərin qalıqlarının köçürülməsi mərasimlərini təşkil edən Shortcut Events şirkətinə bir neçə dövlət müqaviləsinin hansı şərtlərlə verildiyini araşdırır.
Hazırda iş üzrə araşdırma davam edir.

