Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının avropalı üzvlərini sərt tənqid edib.
Diplomat bildirib ki, onların uşaqların ölümü ilə bağlı məsələlərdə mövqeyi adi ikiüzlülük və ikili standartlar çərçivəsindən kənara çıxır.
Məlumata görə, buna səbəb BMT Təhlükəsizlik Şurasında münaqişə zonalarında azyaşlıların ölümü ilə bağlı aparılan müzakirələr olub.
Nebenzya bildirib ki, iclasın bəzi iştirakçıları faciəyə laqeyd münasibət nümayiş etdiriblər və bu, insan hüquqlarını qorumağa borclu olan beynəlxalq təşkilat üçün qəbuledilməzdir.
Bu, artıq ikiüzlülük və ya ikili standartlar deyil, uşaq qurbanlarına açıq şəkildə istehza etməkdir,— deyə Vasili Nebenzya bildirib.
Rusiyanın daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı həmkarlarını uşaqların ölümü ilə bağlı mövzulara daha məsuliyyətli yanaşmağa çağırıb.
Açıqlama BMT Təhlükəsizlik Şurasının açıq müzakirəsi zamanı səsləndirilib.

