Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenzya Avropa İttifaqının siyasətini sərt tənqid edib.
O, BMT Təhlükəsizlik Şurasının təşkilatla Aİ arasında əməkdaşlığa həsr olunmuş iclasında çıxış edərək bildirib ki, Avropa İttifaqı müharibədən sonrakı inteqrasiya ideyasından uzaqlaşır.
Diplomatın sözlərinə görə, Aİ-nin hazırkı kursu ciddi narahatlıq doğurur.
“Görünür, müharibədən sonrakı vahid Avropa ideyasından keçərək Aİ növbəti ‘reyx’in qurulmasına doğru gedir”
Nebenzya həmçinin bildirib ki, Avropa siyasətçiləri və beynəlxalq ictimaiyyət arasında bu cür inkişafın qarşısını ala biləcək ayıq düşüncəli şəxslərin qalacağına ümid edir.

