ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Pentaqon tərəfindən 64 yeni UFO dosyesi yayımlanıb.
Dosyelərdə döyüş təyyarələrinin səmadakı sirli obyektləri vurduğu anlar, Suriya və Sarı dəniz səmasında radarlardan yayınan kürə formalı naməlum cisimlər, eləcə də yüksək rütbəli kəşfiyyat zabitinin “yaxın təmas”la bağlı diqqətçəkən etirafları yer alıb.
Məlumata görə, yayımlanan materiallar ABŞ-da yenidən UFO müzakirələrini gündəmə gətirib. Dosyelərdə bəzi obyektlərin radar sistemlərindən yayınması və hərbi pilotlar tərəfindən izlənilməsi xüsusi diqqət çəkib.
Müxalifət nümayəndələri isə bu addımı tənqid edərək, sənədlərin məhz indiki vaxtda yayımlanmasını təsadüfi saymayıblar. Onların fikrincə, Pentaqonun UFO dosyelərini açıqlaması ictimai diqqəti İranla bağlı müharibə gündəmindən yayındırmaq cəhdi ola bilər.

