Qətər, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri ABŞ Prezidenti Donald Trampı İrana zərbələr endirmək fikrindən daşındırıblar.
Politico qəzeti mənbələrə istinadən yazır ki, bu ölkələrin liderləri Trampı Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmasına yaxın olduğuna inandırıblar.
Məlumata görə, ABŞ Prezidentinə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan, Qətər əmiri Təmim bin Həməd Al Tani və Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir zəng ediblər.
Onların danışıqlar zamanı Trampa diplomatik razılaşma imkanının hələ də real olduğunu çatdırdıqları bildirilir.

