BŞ və İran arasında əldə olunan razılaşma çərçivəsində MAQATE ekspertlərinin İrana qayıtması nəzərdə tutulur. Bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens NBC News telekanalına açıqlamasında bildirib.
Vensin sözlərinə görə, ekspertlərin İrana qayıtmasında məqsəd zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsinə yardım göstərməkdir.
“Bəli, bu, tamamilə belədir. Razılaşmaların əsas hissələrindən biri ondan ibarətdir ki, MAQATE və ABŞ İrana yüksək zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməkdə kömək edəcək”, — vitse-prezident deyib.
Vens əlavə edib ki, bu məsələ imzalanmış qarşılıqlı anlaşma memorandumunda çox aydın şəkildə əksini tapıb.
Bununla belə, uran ehtiyatlarının hansı mexanizm əsasında məhv ediləcəyi ilə bağlı detallar hələlik açıqlanmayıb.

