Böyük Britaniyanın yeni baş naziri Endi Börnem bu həftə ölkənin inkişafına dair 10 illik planını təqdim edəcək.
Bu barədə The Times qəzeti məlumat yayıb. Börnem iyulun 20-də vəzifəsindən ayrılan Kir Starmeri əvəz edərək Böyük Britaniyanın baş naziri olub.
Baş nazir bildirib ki, özü bu vəzifədə 10 il qalmağı planlaşdırmır. Onun sözlərinə görə, ölkə hazırda yanlış istiqamətdə hərəkət edir və əsas məqsədi bu vəziyyəti dəyişməkdir.
Börnem Böyük Britaniya iqtisadiyyatının və dövlət büdcəsinin indiyədək düzgün idarə olunmadığını da bildirib.
“Biz daha yaxşı işləməliyik. Əvvəlki idarəçilik üsulundan uzaqlaşmalıyıq. Ölkəni idarə etmək ciddi məsələdir. Ani duyğuların, keçici hadisələrin və sosial şəbəkələrin təsiri altına düşmək olmaz. Ağılla hərəkət etməli və hamımız üçün ümumi məqsəd müəyyənləşdirməliyik”, – yeni baş nazir deyib.
Börnemin planında iqtisadiyyatın yenidən qurulması, yaşayış xərclərinin azaldılması və səlahiyyətlərin bölgələrə verilməsi kimi istiqamətlərin yer alacağı bildirilir.

