Böyük Britaniyanın Baş naziri Kir Starmer və onun mümkün varisi hesab edilən deputat, Mançesterin keçmiş meri Endi Börnem iyunun 23-də gizli görüş keçiriblər.
Bu barədə Sky News mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu, Starmerin istefa bəyanatından sonra tərəflər arasında keçirilən ilk danışıqlar olub.
Məlumata görə, Kir Starmer və Endi Börnem arasında görüş təxminən bir saat davam edib.

