ABŞ Prezidenti Donald Tramp gülləkeçirməz jilet geyinməkdən imtina etməsinin səbəbini zarafatla izah edib. Bu barədə o, Ağ Evdə akkreditə olunmuş müxbirlər assosiasiyasının illik qəbulunda danışıb. Məlumatı TASS yayıb.
Tədbir aprelin sonunda ABŞ prezidentinə qarşı sui-qəsd cəhdinə görə təxirə salınmışdı.
Tramp gülləkeçirməz jiletin onu vizual olaraq daha kök göstərdiyindən şikayətlənib.
“Bir çox insan onu geyinmək istəmir. Onlar 20 funt daha kök görünməkdənsə, ölməyi üstün tutarlar. Mənə də geyindirdilər, amma dedim: "Əminsiniz? Mən bunu geyinməyəcəyəm”, — deyə ABŞ lideri bildirib.

