ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində hərəkət edən bir neçə İran zərbə PUA-sını vurub.
Reuters agentliyinin vəziyyətə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, ələ keçirilən zərbə dronları kommersiya daşımaları üçün potensial təhlükə yaradırdı.
Mənbə vurulan pilotsuz uçuş aparatlarının dəqiq sayını açıqlamayıb.
Məlumata görə, insident Vaşinqton və Tehran arasında sülh danışıqlarında irəliləyişə dair bəyanatlara baxmayaraq, iki ölkə arasında hərbi münasibətlərdə növbəti gərginlik kimi qiymətləndirilir.
Hadisə regionda, xüsusilə də qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərini yenidən gündəmə gətirib.

