ABŞ Prezidenti Donald Tramp Camp David iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün keçirilməsində şəxsən israr edib.
Ağ Evin “YouTube” kanalında yayımlanan tədbirdə Tramp görüşün məqsədinin Zelenskinin münaqişəyə son qoymasına nail olmaq olduğunu deyib.
ABŞ liderinin sözlərinə görə, həm Kiyev, həm də Moskva qarşıdurmanı bitirmək istəyir, lakin razılaşmanın əldə olunması üçün tərəflər müəyyən güzəştlərə getməlidirlər.
“Düşünürəm ki, Zelenski razılaşma əldə etmək istəyir. Məncə, Rusiya Prezidenti Vladimir Putin də razılaşma istəyir”, — Tramp bildirib.

