Reuters yazır ki, Rusiyada 4 ildən artıq müddətdə həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilman azadlığa buraxılıb,
ABŞ Prezidenti Donald Tramp bildirib ki, azadlığa buraxılma qərarı Vladimir Putinlə apardığı danışıqlardan sonra humanitar səbəblərlə qəbul edilib. Tramp Rusiyaya təşəkkür edərək, “Bu məsələdə Rusiyaya təşəkkür edirik” deyib.
Tramp həmçinin bildirib ki, Gilmanın ABŞ-a qayıtdıqdan sonra ilk istəyi “əla çizburger yemək” olacaq.

