Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin təqdim etdiyi Yevgeni Xmaranı müdafiə naziri vəzifəsinə təyin edib. Qərarın lehinə 312 deputat səs verib.
Xmara parlamentdə çıxışı zamanı əsas prioritetlərinin cəbhənin gücləndirilməsi, şəxsi heyətlə iş və Ukraynanın müdafiə sənayesinin inkişafı olacağını bildirib.
Zelenski Xmaranın namizədliyini avqustun 18-də Ali Radaya təqdim etmişdi.

