ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul bildirib ki, 2025-ci ildə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ilk görüşündə Avropa liderlərini “bir dəstə qorxaq” adlandırıb.
Bu barədə The New York Times yazıb.
Koulun sözlərinə görə, görüş zamanı Lukaşenko Avropa İttifaqı liderləri barədə sərt fikirlər səsləndirib, lakin ABŞ nümayəndəsinin cavabı daha da kəskin olub.
Koul etiraf edib ki, həmin ifadəni qəsdən seçib, çünki bunun Lukaşenkonun eşitmək istədiyi sözlər olduğunu düşünüb və beləliklə onun rəğbətini qazanmağa çalışıb.
Bununla belə, o vurğulayıb ki, Avropa liderləri barədə şəxsi mövqeyi əslində daha mürəkkəb və çoxşaxəlidir.

