ABŞ Belarus kaliumuna tətbiq edilən sanksiyaları ləğv edir. Bu barədə ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Con Koul BelTA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Vaşinqton bu qərarı ABŞ Prezidenti Donald Trampın göstərişlərinə uyğun olaraq qəbul edib.
“Prezident Trampın göstərişlərinə əsasən ABŞ kalium üzrə sanksiyaları aradan qaldırır. Düşünürəm ki, bu, ABŞ-ın Belarus üçün atdığı çox yaxşı addımdır. Biz bu sanksiyaları artıq indi ləğv edirik”, – deyə Koul qeyd edib.
Xüsusi nümayəndə vurğulayıb ki, sanksiyalar mövzusu üzrə dialoq davam edəcək və Vaşinqtonla Minsk arasında münasibətlər normallaşdıqca daha çox məhdudiyyətin aradan qaldırılması mümkün olacaq. O, gələcəkdə tərəflərin tam şəkildə sanksiyalardan imtina edə biləcəyinə ümid etdiyini də bildirib.

