ABŞ Prezidenti Donald Tramp ölkənin silah istehsalı ilə bağlı hesabat aldığını və Amerika müdafiə sənayesi şirkətlərinin indiyədək ən üstün silah sistemlərini istehsal etdiyini bildirib.
Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ABŞ-da silah istehsalının hazırkı vəziyyətindən danışıb. O, istehsal edilən silahları “ABŞ tarixində indiyədək istehsal olunan ən üstün və qabaqcıl silahlar” kimi xarakterizə edib.
“ABŞ-nin tariximizdə heç vaxt olmadığı qədər üstün və qabaqcıl silahlar istehsal etdiyinə dair hesabat aldım. Bu silahlar Yaxın Şərqdə və digər bölgələrdə yerləşən qüvvələrimizə hər gün çatdırılır”, – Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, istehsalda əsas diqqət “Patriot”, THAAD, “Tomahawk” və digər standart raket sistemlərinə yönəldilib. Onun sözlərinə görə, bu sistemlərdən böyük həcmdə ehtiyatların yaradılmasına diqqət yetirilir.

