Qazaxıstanda Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı həlak olan hərbçilərlə əlaqədar ümummilli matəm elan edilib.
Son məlumatlara görə, təlimlər zamanı 17 hərbçini dəniz axını aparıb. Onlardan 12-si həlak olub, üç nəfər xilas edilib, daha iki hərbçinin axtarışları isə davam etdirilir.
Hadisə ilə bağlı xüsusi komissiya yaradılıb, cinayət işləri başlanılıb.
Qazaxıstan hakimiyyəti həlak olan hərbçilərin ailələrinə yardım göstəriləcəyini bildirib.
Bir sıra ölkələrin liderləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı veriblər.

