ABŞ Prezidenti Donald Tramp iri narkotik tacirləri, insan alverçiləri və polis əməkdaşlarını qətlə yetirən şəxslərə ölüm cəzasının tətbiqinə nail olacağını vəd edib.
Tramp Alabama ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, Respublikaçılar Partiyası Konqresə keçiriləcək aralıq seçkilərdə qalib gələrsə, bu istiqamətdə addımlar atılacaq.
«Biz iri narkotik tacirləri, insan alverçiləri və polis əməkdaşını öldürən hər kəs üçün ölüm cəzası tətbiq edəcəyik», – deyə ABŞ lideri bildirib.
Trampın açıqlaması Tennessi ştatında qətldə təqsirli bilinən Krista Paykın edamının uğursuzluqla nəticələnməsindən sonraya təsadüf edib.
1995-ci ildə 19 yaşlı Kollin Slemmerin qətlinə görə məhkum edilən Payk son 200 ildən artıq müddətdə Tennessi ştatında edam edilən ilk qadın olmalı idi.
Lakin edam zamanı iki dəfə ölümcül preparat yeridilməsinə baxmayaraq, qadın sağ qalıb. O, prosedur başladıqdan sonra 40 dəqiqədən çox müddətdə nəfəs almağa davam edib.

