ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin nümayəndəsi, keçmiş deputat və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadoya dəstək vermək istəmir, çünki o, 2025-ci ildə mükafatından Trampın xeyrinə imtina etməyib, – The Washington Post yazır.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Ağ Ev rəhbəri bu imtinanı onun “ən böyük günahı” kimi qiymətləndirib.
“Əgər o, mükafatdan imtina edib ‘onu qəbul edə bilmərəm, çünki bu mükafat Donald Trampa məxsusdur’ desəydi, bu gün artıq Venesuelanın prezidenti olardı”, – deyə materialda qeyd olunur.

