Bu gün cəmiyyətimizdə təhsil ocaqlarına, müəllimlərə qarşı qara piar aparılır. Hətta elə olur ki, sosial mediada "müəllim məktəbdən qovuldu" kimi ifadələrlə rastlaşırıq. Bu doğru deyil, iti qovarlar, müəllimi yox.
Bu sözləri Əməkdar müəllim Təyyibə Hüseynova DenazTv-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, mənəviyyət məktəbdən başlayır. Əgər övladlarınızı yüksək səviyyədə tərbiyə etmək istəyirsinizsə, müəllimi sevməyi bacarın. "Məktəb müqəddəs bir məkandır" -deyə Təyyibə Hüseynova vurğulayıb.
Daha ətraflı videoreportajda: