Xızı rayonunda ağır yol qəzası baş verib.
“Den.az” xəbər verir ki, Bakı-Quba yolunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində Tərlan Babayevin idarə etdiyi “Kia” markalı 77 KF 614 dövlət nömrə nişanlı minik avtomobili 11 BD 711 nişanlı “KamAZ”la toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri, 1974-cü il təvəllüdlü Lalə Abduləli qızı Hüseynova hadisə yerindəcə həyatını itirib. Digər sərnişinlər Mina Aslanova və Könül Babayeva isə xəsarət alıblar.
Qeyd edək ki, vəfat edən L.Hüseynova BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi olub.
BDU-nun müəllimi qəzada vəfat etdi - Foto

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.