Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Suriyanın təhsil naziri Məhəmməd Turko və ali təhsil və elmi araşdırmalar naziri Marvan Halabi ilə görüşüb.
Bu barədə Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
Görüş Londonda keçirilən Ümumdünya Təhsil Forumu çərçivəsində baş tutub.

Tərəflər görüş zamanı Azərbaycan və Suriya arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərini, akademik əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bundan başqa, görüşdə qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.

