22 
fev
2024
15:46
305

Abşeronda 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib-FOTO/VİDEO

22 fev, 2024
15:46
305

Abşeronda 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib-FOTO/VİDEO

Ana dili! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud – ana öz şəfqət və məhəbbətini sənə o dildə bəyan edir. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsədə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Ümumilli Lider Heydər Əliyevin dediyi kimi  "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır". 

Den.az xəbər verir ki, Xırdalan şəhər 2 nömrəıli tam orta məktəbin təşkilatçılığı ilə rayon mədəniyyət evində  "Ana dili" adlı tədbir keçirildi. Tədbirdə rayon təhsil sektorunun əməkdaşları, məktəb rəhbərliyi, müəllim və şagird kolektivi iştirak ediblər.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Raminə Əsədovanın təşkilatçılığı ilə keçirlən tədbirdə şagirdlərin 21 fevral ana dili gününə dair hazırladıqları kompazisiyalar alqışlarla qarşılanıb. 

Dili xalq yaradır. Lakin onun yaşayıb nəsildən – nəslə ötürülməsi görkəmli şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının hesabına başa gəlir. Dilin durmadan zənginləşməsi onun statusundan, işlənmə arealından çox asılıdır. Azərbaycan dilinin yazısı XIII əsrdə formalaşmağa və ədəbi ümumoğuz ənənələri dilindən ayrılmağa başlamışdı. Həmin proses əsasən XV- XVI əsrlərdə başa çatıb. Bu dövr Azərbaycan dilinin çiçəklənmə dövrü sayılır. Çünki Nəsimi, Xətai, Füzuli kimi klassik şairlər bu dildə yazıb yaradırdılar.Azərbaycanın böyük tarixi simalarından biri, şair və sərkərdə Şah İsmayıl Xətainin dilimiz haqqında sözlərini xatırlatmaq yerinə düşərdi. O demişdir: - Ey türk oğulları, Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin! Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Dil insan kamilliyinin açarıdır. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova tədbirdə çıxış edərək qonaqları, müəllim və şagirdləri "Beynəlxalq Ana Dili" günü münasibətilə təbrik edib. Direktor vurğulayıb ki, dünya dilləri sırasında Azərbaycan dili özünəməxsus yer tutmaqdadır. Dilimiz mənəvi sərvətimizdir. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Ümummilli lider Heydər Əliyev doğma dilimizi çox gözəl səciyyələndirib: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. Daha sonra Abşeron-Xızı Regonal Təhsil idarəsinin Abşeron rayon üzrə sektor müdiri Oqtay Abdullayev, Təhsil sekronun əməkdaşı , şəhid anası Könül Nəcəfova və digərləri çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə öz təşəkkürlərini ifadə ediblər. Sonda tədbirin təşkilatçısı Raminə Əsədovaya və şagirdlərə təşəkkürnamələr təqdim edilib.


Nizami Rəsulov
Fərhad Ələkbərli
Denaz.Tv


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar