Lənkəran rayonunun Viravul kənd 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Gülşən Feyziyevanı həmyaşıdlarından fərqləndirən onun 10-dan çox xarici dili öyrənməyə maraq göstərməsidir.
Den.az xəbər verir ki, 12 dildə öz fikrini ifadə edə bilən Gülşən Feyziyeva ingilis və rus dillərindən başqa, Asya xalqlarının dillərinə də maraq göstərir. Gülşən deyir ki, o poliqlot, tərcüməçi olmaq istəyir.
“Əvvəl Koreya dilini öyrənməyə həvəs yarandı və beləliklə, onun öhdəsindən gəldim. Əslində Koreya dilini öyrənəndə çoxlu çətinlik çəkdim. Çünki onların əlifbasını öyrənmək çətindir, bir neçə qrupa bölünür. Onları hissə-hissə öyrənməyə başladım. Daha sonra yapon dilinə marağım artdı”.
Hazırda 10-cu sinifdə təhsil alan şagirdin maraq göstərdiyi dillər arasında erməni dili də var. İstedadlı şagird deyir ki, düşmənin dilini bilmək vacibdir. O, işğaldan azad olunan Qarabağ haqqında məlumatları erməni dilində internet vasitəsilə dünyaya çatdırmaq istəyir.
Dilin öyrəndiyi 12 ölkə arasından ABŞ, Yaponiya və Cənubi Koreyaya səyahət etməyi, ABŞ-da isə təhsil alaraq, biznes qurmaq istədiyini söyləyən Gülşən hesab edir ki, dünya xalqlarının dilini öyrənmək, həm də fərqli mədəniyyətlər, tarixlər və insanlar tanımaq deməkdir.
Gülşən uğurları ilə bağlı hazırlanan sujeti təqdim edirik:
16 yaşlı azərbaycanlı qızın bu bacarığı hər kəsi heyrətləndirdi - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.