14 
apr
2024
01:34
50

AĞ EV: “İsrailin müdafiəsini dəstəkləyəcəyik”

14 apr, 2024
01:34
50

AĞ EV: “İsrailin müdafiəsini dəstəkləyəcəyik” - FOTO

Ağ Ev İranın İsrailə hava hücumu təşkil etdiyini və onların İsrailə dəstəyinin sarsılmaz olduğunu açıqlayıb.

“Den.az” xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Eydrien Uatson İranın İsrailə hücumu ilə bağlı yazılı açıqlama verib:

“İran İsrailə qarşı hava hücumu təşkil etdi. Prezident Baydenin mesajı aydındır: İsrailin təhlükəsizliyinə dəstəyimiz sarsılmazdır. ABŞ İsrail xalqının yanındadır və İrandan gələn təhdidlərə qarşı müdafiəsini dəstəkləyir”.

ABŞ Prezidenti Co Baydenin bu gün Ağ Evə qayıtdığını və baş verənləri milli təhlükəsizlik komandası ilə yaxından izlədiyini qeyd edən, Uatson, ABŞ rəsmilərinin israilli həmkarları ilə daim təmasda olduqlarını vurğuladı.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar