Bir neçə gün əvvəl İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində qətlə yetirilən Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyevin nəşi hələ vətənə gətirilməyib.
Den.az xəbər verir ki, bu barədə Oxu.az-a Məhəmmədin atası Rafael Xankişiyev məlumat verib.
O qeyd edib ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumatları yoxdur: “Şirvan rayonundanıq. Bir oğlum, bir qızım var. Oğlum 13-14 il idi ki, İsveçdə yaşayırdı. Hələ evlənməmişdi, subay idi. Orada restoranda işləyirdi. Hadisənin necə baş verməsi ilə bağlı bizə heç bir məlumat vermirlər. Ortada ancaq fərziyyələr var”.
Məhəmmədin güllələnmə səbəbi və cənazəsinin Azərbaycana nə vaxt gətirilməsinə gəlincə isə, R.Xankişiyev bildirib ki, bu barədə də onlara hələ dəqiq məlumat verən olmayıb: “Güllələnmə səbəbi məlum deyil, amma ortada belə bir fərziyyə var ki, səhvən vurublar. Oradakı polis də, prokurorluq da deyir ki, səhvən vurulub - kiməsə oxşadıblar, səhv salıblar. Deyirlər, iş polisdədir, araşdırma aparılır.
Cənazə barədə də dəqiq məlumatımız yoxdur. Dediklərinə görə, bu gün oğlumun meyitini verəcəklər. Əgər bu gün versələr, yəqin ki, sabaha gələr. İstintaq getdiyi üçün dəqiq nəsə bilmirik, gözləyirik”.
Xatırladaq ki, hadisə iyulun 30-u baş verib. İsveçdə yaşayan həmyerlimiz Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə qətlə yetirilib.
İsveçdə öldürülən azərbaycanlının atası: “Kiməsə oxşadıblar, səhvən vurulub...”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.